Foto 13:22 07.05.2021

Arif Quliyev dəfn olundu (FOTO/VİDEO/YENİLƏNİB)

Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.

"Report" xəbər verir ki, Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, dostları və yaxınları iştirak ediblər.
 
10.52

Xalq artisti Arif Quliyev bu gün dəfn edilir.
 
Qeyd edək ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 
 09:12
 
Azərbaycanın Xalq artisti Arif Quliyev dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Xatırladaq ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.

Arif Quliyev 1950-ci il mayın 16-da Əli-Bayramlı şəhərində (indiki Şirvan) anadan olub.

Arif Quliyevin "Şans”, "Bığ əhvalatı”, "Qaynana”, "Lift əhvalatı”, "Yarım ştat”, "Evləri köndələn yar” və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb. Bundan başqa, aktyor "Bəyin oğurlanması”, "Yaramaz”, "Bəxt üzüyü”, "O dünyadan salam”, "Qəm pəncərəsi”, "Mənim ağ şəhərim”, "Alma almaya bənzər”, "Ağ gəmi” kimi bədii filmlərdə canlandırdığı obrazlarla yadda qalıb.

Arif Quliyev 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!