Xalq artisti Şuşada oğlunun şəhid olduğu yeri ziyarət etməsindən danışdı

Xalq artisti Şuşada oğlunun şəhid olduğu yeri ziyarət etməsindən danışdı

"Oğlumun şəhid olduğu yeri gördüm. Orda gəzəndə az qala ayaqlarım tutuldi, yeriyə bilmirdim, əllərim əsirdi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur Şuşa səfəri zamanı Baş leytenant Rövşən Nurzadənin şəhid olduğu yeri ziyarət etməsindən danışarkən deyib. Aktyor bildirib ki, səfərdən qayıdandan hələ özünə gələ bilməyib:

"O sıldırım qayaları yaxından gördüm. Həmin qayalarda mənim də oğlum olmaqla xüsusi təyinatlıların hər birinin ayaq izləri var. 300-500 metr hündürlüyündə olan qayalıqlardır. Ora çıxmaq hər adamın işi deyil, onlar həmin qayalıqlara necə çıxıblar? Cıdır düzünün altı, Topxana tərəfdən baxırsan, adam dəhşətə gəlir. Rövşənin şəhid olduğu yerə getdik, Şuşanın girəcəydir. Bir var mənim şəkil çəkdirdiyim yer, biri də var Rövşənin şəhid olduğu yer. Orada bizim, rusların ordusu var, şəkil çəkdirməyə icazə vermirlər. Oğlum Rövşən də orada şəhid olub, istədim ordan bir şəkil çəkdirəm, amma qoymadılar”. 

Xalq artisti həmin yerləri ziyarət etməyin ata kimi ona ağır olduğunu bildirib:

"Bir ata kimi çox çətindir. Rövşən sağ olsaydı, bir yerdə gedərdik, mənə çox ağır idi. Əsas odur ki, Şuşa bizimdir, qələbə qazandıq”.

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X