Sənət 13:47 27.11.2021

Xalq artisti XİN-də yüksək vəzifəyə təyin edilən qızından danışdı (FOTO)

"Qızım 6 ildir ki, 2-ci katib vəzifəsində idi. Zamanı çatdı, imtahan verdi, rütbəsi qanunauygun olaraq artırıldı".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, sevilən muğam ifaçısı Mənsum İbrahimov qızı Aysel İbrahimlinin Xarici İşlər Nazirliyində rütbəsinin qaldırılmasından danışarkən deyib.
 
Xanəndə deyir ki, övladın savadlı və vətənpərvər olması hər bir valideyn üçün qürurvericidir:

"Çünki mən və xanımım da müəllimik. Hər zaman çalışmışıq ki, övladlarımıza yaxşı təhsil və tərbiyə vərək. Şükür bu günümüzə ki, hər şey gözlədiyimiz kimidir".


 
Mənsum İbrahimov Aysel İbrahimlinin həyat yoldaşının da diplomat olduğunu vurğulayıb:

"Qızım Baki Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini qırmızı diplomla və ADA Universitetini bitirib. XİN-də imtahan verərək Attas vəzifəsindən başlayaraq həm xarici ölkədə səfirliyimizdə, həm də nazirlikdə öz zəhmət, savadı ilə çalışır. İki xarici dil bilir".

Qeyd edək ki, Xalq artisti Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib. Xarici İşlər Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.

Bahar Rüstəmli