Xəbər lenti

Xalq artistindən Türkiyə ilə bağlı gözəl təşəbbüs - Siyahı böyüyür
Ölkə 12:22 31.07.2021

Xalq artistindən Türkiyə ilə bağlı gözəl təşəbbüs - Siyahı böyüyür

Xalq artisti Tünzalə Ağayeva Türkiyədə baş verən yanğınla əlaqədar gözəl təşəbbüs irəli sürüb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında müğənninin prodüseri Yalçın Cabbarov məlumat verib. O bildirib ki, müğənni qardaş ölkəyə kömək məqəsədi ilə 100 ağac tingi göndərmək istəyir:

"Bu təşəbbüsdür, inanırıq ki, biz istədiyimizə nail olacağıq, belə bir işi sona kimi görəcəyik. Təşəbbüsü artıq dəstəyənlər var - Murad Arif, Zamiq Hüseynov, Abbas. Siyahı böyüyür. Biz bunu etmək istəyirik".

Qeyd edək ki, Türkiyədə baş verən yanğın nəticəsində təbiətə, bitki örtüyünə böyük zərər dəyib.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->