Ölkə 12:41 01.04.2020

Xalq artistinin qardaşı fəciəvi şəkildə həlak oldu (FOTO/YENİLƏNİB)

Xalq artisti Canəli Əkbərovun qardaşı Fərail Əkbərovun faciəvi şəkildə həlak olmasının bəzi detalları müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, hadisə martın 30-da, Rusiya vaxtı ilə saat 04.20 radələrində Sankt Peterburqun Krasnaya Qvardiya rayonunda baş verib. 

Qəza zamanı "Mercedes E" və "Chevrolet Aveo" markalı avtomobillər toqquşub. İlkin versiyaya görə, hadisəyə səbəb "Mercedes"in 42 yaşlı sürücüsünün içkili olması olub. Nəticədə "Chevrolet Aveo"nun sürücüsü, 58 yaşlı Fərail Əkbərov həlak olub.

Faktla bağlı araşdırma aparılır.
 
12.09

Azərbaycanın Xalq artisti Canəli Əkbərova agır itki üz verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu facəvi şəkildə həlak olub.

Belə ki, Fərail Əkbərov martın 30-da Rusiyanın Sankt Peterburq şəhərində avtomobil qəzasına düşərək dünyasını dəyişib. Mərhumun nəşini karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmirlər.