Xəbər lenti

“Xalq sabah məni yerə də çırpar” - Nadir
Maqazin 15:27 11.09.2014

“Xalq sabah məni yerə də çırpar” - Nadir

Müğənni Nadir Qafarzadə “Bizim gün” verilişinin qonağı olub.”Qafqazinfo”nun məlumatına görə, ifaçı sənət yoldaşlarından danışıb: 

“Eqoist olmaq lazım deyil. Bəzi müğənniləri sıfırdan gətirib tamaşaçıya sevdiririk, tərifləyirik, layiq oldu-olmadı göyə qaldırırıq. Onları televiziya işçiləri tanıdır. Şəkiyə getmişdim hamı mənə dedi ki, siz niyə belə sadəsiniz, niyə dəyişmirsiniz? Çaşmaq olmaz. Bir gün məni qaldıran xalq, sabah yerə çırpar. Allahdan qorxmaq lazımdır. İllərdir sənətdəyəm dəyişməmişəm. Mən heyvan deyiləm, adəməm. Qudura bilmərəm. Bizim mədəniyyətimiz var”. 

İfaçı barmağındakı qızıl üzükdən də söhbət açıb:

“Bu üzüyü dostum mənim üçün özəl olaraq düzəldib. Təbii ki, pulsuz verməyib. Bu üzüyün mənası var. Torda hörümçəkdir. Bu lotu üzüyüdür, tor həbsxanadır, hörümçək isə orada olan şəxsdir. Dostumda görüb bəyəndim”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->