Xalqa güllə atmaqdan imtina edən eks-prezidentin toxunulmazlığı təmin edildi

Xalqa güllə atmaqdan imtina edən eks-prezidentin toxunulmazlığı təmin edildi

Qırğızıstan Prezidenti vəzifəsini icra edən Sadır Japarov sələfi Sooronbay Jeenbekova eks-prezident statusu verib.


Qaynarinfoxəbər verir ki, bu, Jeenbekovun bir sıra imtiyazlar alması anlamına gəlir: ömürlük dövlət müdafiəsi, prezident iqamətgahlarından birində yaşamaq hüququ, xidməti avtomobildən istifadə hüququ və xüsusi klinikada pulsuz tibbi xidmət.


Ölkədə baş verən son inqilabdan sonra Japarovun da rəhbərlik etdiyi hökumətin mətbuat xidməti keçmiş dövlət başçısı "qanunla nəzərdə tutulmuş bütün hüquqları özündə saxlayır" deyib.


Xatırladaq ki, Qırğızıstanda 10 gün içində hakimiyyət dəyişyib. 5 oktyabrda Bişkekdə parlament seçkilərinin nəticələrinə görə kütləvi etiraz başlayıb. Mitinq iğtişaşlara çevrilib, lakin müxalifət hədəfinə çatıb: MSK səsvermənin nəticələrini ləğv edib. Müxalifət tərəfdarları bir sıra inzibati binaları ələ keçirməyi bacarıb, həbs koloniyasında olan Japarov və həbsdə olan keçmiş prezident Almazbek Atambayev sərbəst buraxılıb. Sadiq Japarov Kuratbek Boronovun yerinə baş nazir olub.


Etirazçılar və təhlükəsizlik rəsmiləri arasında yeni toqquşmaların qarşısını almaq üçün Bişkekə qoşunlar gətirilib, lakin hakimiyyətin əleyhdarları "əsas şey” - Jeenbekovun istefası üzərində israr etməyə davam ediblər. Nəticə olaraq, prezident gedişinin qan tökülməsinin qarşısını ala biləcəyinə razı olub və oktyabrın 15-də istefa verib. Qanuna görə, prezidentin səlahiyyətləri müvəqqəti olaraq parlament sədrinə keçməli olsa da, müxalifət Japarovun namizədliyini irəli sürüb.

 

Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR