Bu gün Xalqxeber.Az xəbər portalının 9 yaşı tamam olur.
Xalqxeber.Az 2012-ci ilin mart ayından internet istifadəçilərinin ixtiyarındadır. Sayt 8 illik fəaliyyəti dövründə ölkəmizdə baş verən ictimai-siyasi hadisələri və aparılan abadlıq-quruculuq işlərini operativ olaraq işıqlandırıb.
Qeyd edək ki, xəbər portalının yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir.
Sayt dünyada və ölkəmizdə baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynayır. Ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
Portalın baş redaktoru Peyman Sadıqov vurğulayıb ki, bu gün mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər dövlətin mətbuata qayğısı kimi dəyərləndirilməlidir.
Şərhlər