Aktrisa Könül Yusifqızı 6 gün əvvəl baş verən qəzada xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, aktrisa ayaq barmağının sındığını deyir:
"Demək ötən həftənin 3-cü günü baş verən qəzada sən demə, ayaq barmağım sınıbmış. Elə həmin gün "Space"də verilişdə qonaq oldum, sonra piyada gəzdim. 4-cü və 5-ci gün eynilə piyada gəzməyimdən qalmamışam. Hətta inanılmaz ağrılarla 6-cı gün gedib məclis də aparmışam. İlk gündən dedilər ki, həkimə, rentgenə get. Düşünürdüm keçəcək. Bu gün rentgen həkimi dedi ki, sınıq var, siz bu gündə necə gəzmisiniz? Gəzmək qəti qadağandır. Şükür, min şükür. Bu gun 7 mərasimimdə halva yeməyinizi göylərdən izləməkdənsə, bir barmağın sınığına sevinməyim daha yaxşıdır".
Yusif qızı sözügedən hadisəni belə xatırlayır: "Ayın 3-də səhər tezden saat 07.20 olardı, marketdən çıxıb evə doğru gəlirdim. Bir də gördüm ki, maşın avtobusa dəyib üstümə uçur. Qorxudan ayağım burxuldu, yana əyildim. Maşın düz üstümdən ucub yerə aşdı. Saniyənin və millimetrin söhbəti vardır ki, mən indi sağ olmayım. Şok. Sadəcə ayağım burxuldu. Göz qırpımında ölümlə üz-üzə durmaq bu deməkmiş".
Xatırladaq ki, 3 iyul tarixində "Nargilə" kafesinin yaxınlığında yerləşən "Bazarstore" mağazasının qarşısında hərəkətdə olan avtomobil idarəetməni itirərək əvvəlcə avtobusa, sonra isə mağazaya çırpılıb. Hadisə nəticəsində mağazanın fasadına və avtomobilə ziyan dəyib.
Şərhlər