Xəbər lenti

Xanım baş nazir maskasız mağazaya daxil olduğu üçün üzr istədi
Dünya 12:54 05.12.2021

Xanım baş nazir maskasız mağazaya daxil olduğu üçün üzr istədi

Danimarkanın Baş naziri Mette Frederiksen mağazaya maskasız daxil olduğu üçün üzr üzr istəməli olub.

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Facebook" hesabında yazıb.

Siyasətçi bu addımına görə çox məyus olduğunu bildirib:
 
"Dünən Kopenhagenin mərkəzində mağazada olarkən maska taxmağı unutmuşam. Buna görə təbii ki, məyusam və bir daha virusun yayılmasının qarşısını almaq üçün etdiklərinizə görə hər birinizə təşəkkür edirəm".

Qeyd edək ki, M. Frederiksenin mağazada maskasız dolaşması vətəndaşlar tərəfindən görüntülənib. Bundan sonra o, ölkəsində tənqidlərə tuş gəlib.
 
Xəyal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->