Xəbər lenti

Xankəndi Stepanakert, Stepanakert Ermənistandır?.. – Azərbaycan nə edəcək?
Siyasət 18:15 16.09.2021

Xankəndi Stepanakert, Stepanakert Ermənistandır?.. – Azərbaycan nə edəcək?

"Mövcud problemi əngəlləməyin yolu Laçın koridorunda Azərbaycanın sərhəd və gömrük xidmətlərinin yaradılmasından keçir”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy İrandan Qarabağın ermənilər yaşayan ərazisinə gələn yük maşınlarının sənədlərində Xankəndinin Stepanakert, onun da öz növbəsində Ermənistan ərazisi kimi göstərilməsi fonunda Azərbaycanın atmalı olduğu addımlardan danışarkən deyib. 

Həmsöhbətimiz düşünür ki, bu məsələnin üzərində israrlı olmalıyıq: 



"Eyni zamanda, rus sülhməramlılarından nəzarəti gücləndirməyi tələb etməliyik. Son 10 ayda bu istiqamətdə müxtəlif addımlar atılsa da, effektiv nəticə vermir. Azərbaycan prosesə nəzarət etmək üçün sülhməramlılarla ortaq fəaliyyəti də həyata keçirə bilər. Amma ən gərəklisi Bakının təkbaşına öz sərhəd və gömrük məntəqəsini qurmasıdır. Hətta bütün bunların fonunda qanunsuz hərəkətlərə son qoyulmasa, lazım gəlsə, Bakı təhlükəsizlik qüvvələrinin fəaliyyətindən də istifadə etməklə, qanunsuz gətirilən malları müsadirə və məhv də edə bilər”. 

Ümumiyyətlə, ekspertə görə, problemi həll etməyin digər çoxsaylı yolları da var: 

"İstənilən xarici şirkət arasında hər hansı bir fəaliyyətin baş verməsi müəyyən qanunvericililklə tənzimlənir. Xankəndi ilə iş görən müxtəlif xarici şirkətlər də bu mənada fəaliyyətlərini Azərbaycan qanunvericiliyinə uyğun qurmalıdır. Əks halda onlar bu ərazidə heç bir fəaliyyət apara bilməzlər. Azərbaycan tərəfi Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi saxta sənədlərlə Xankəndiyə yük daşıyan şirkətlərin fəaliyyətini tanımamalı, bu şirkətləri qara siyahıya salmalı, onların malı, maşınları müsadirə olunmalı, bu işi həyata keçirən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir. Azərbaycan tədricən bu istiqamətdə addım atmağa başlayıb. Qarabağa yük daşıyan iki iranlı sürücü saxlanılıb. Gələcəkdə, bu proses Ermənistan və Rusiyaya münasibətdə də həyata keçiriləcək”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->