Xəbər lenti

Xanlar Qurbanov koronavirusdan dünyasını dəyişdi (FOTO/YENİLƏNİB)
İdman 14:10 08.08.2020

Xanlar Qurbanov koronavirusdan dünyasını dəyişdi (FOTO/YENİLƏNİB)

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanovun koronavirusdan öldüyü açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəsmi "Facebook” hesabında məlumat yerləşdirilib. 

Qeyd edilib ki, X.Qurbanov eyni zamanda Akademiyanın "İdmanın təkmübarizlik növləri” kafedrasının müdiri olub.

 ***11:33

Azərbaycan idman ictimaiyyətinə itki üz verib. 

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, professor Xanlar Qurbanov dünyasını dəyişib. 

X.Qurbanov SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, , Olimpiya Akademiyasının vitse-prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru idi.

Allah rəhmət eləsin.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->