Xanverdi Turaboğlu vəfat etdi (FOTO)

Xanverdi Turaboğlu vəfat etdi (FOTO)

AMEA Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanverdi Turaboğlu vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Bildirilib ki, mərhum dünən Cəlilabad rayonunun Maşlıq kəndində dəfn olunub.

Xanverdi Turaboğlu müasir ədəbi proseslə o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir.

Allah rəhmət eləsin.
 

XƏBƏRLƏR
BLOGLAR
X