Dünya 11:08 19.04.2019

Xəlifə Həftər və 6 general barədə həbs qərarı verildi

Liviya Milli Razılıq Hökuməti General Xəlifə Həftər və digər 6 yüksək rütbəli hərbçi barədə həbs qərarı verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Hərbi Baş Prokuror sənəd imzalayıb.

Qeyd edək ki, General Xəlifə Həftərin rəhbərlik etdiyi ordu 4 apreldə paytaxt Tripolini Milli Razılıq Hökumətindən azad etmək üçün hərbi əməliyyata başlayıb. Bu günə qədər 200-dən çox insan qarşıdurmaların qurbanına çevrilib.

Gülşən