Xəbər lenti

Xərçəngi 20 saniyədə müəyyənləşdirməyin yolu tapıldı
Sağlamlıq 11:10 26.01.2019

Xərçəngi 20 saniyədə müəyyənləşdirməyin yolu tapıldı

Sankt-Peterburq Politexnik Universitetinin mütəxəssisləri ağciyər xərçəngini 20 saniyədə müəyyənləşdirən və Doktor Alzimov adı verilmiş intellektual sistem hazırlayıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə universitetin rəsmi saytında məlumat verilib. Proqram Sankt-Peterburq Klinik Elmi-Praktiki Mərkəzin həkimləri ilə birgə hazırlanıb və istənilən kompüterə quraşdırıla bilər. Sistem ağciyər tomoqrafiyası və digər analizlər əsasında qısa zamanda nəticə çıxarır və əgər patoloji bir vəziyyət varsa, bunu göstərir.

Proqramın test mərhələsi ötən ilin sonlarında həyata keçirilib. Sistem daim inkişaf etdirilir və gələcəkdə nəticələri 2 saniyə içərisində verməsi planlaşdırılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->