Siyasət 16:14 19.01.2021

Xəritələrin erməni adlarından təmizlənməsi üçün nə etmək lazımdır?

"Google Map"in dünya kartoqrafiya xidmətində Qarabağda olan yaşayış məntəqələri erməni və Azərbaycan adlarında verilib: Fizuli-Varanda, Zəngilan-Qubadlı-Kaşataq, Laçın-Berdzor və s.

Bütün bunlar azərbaycanlıların, xüsusilə də 2020-ci ildə Vətən Müharibəsində qələbədən sonra, narazılığına səbəb olur.

İkili adlar həmçinin Azərbaycanın qonaqlarını və turistləri çaşdırır, onlar yanlış olaraq yaşayış məntəqəsini erməni adı ilə adlandıra bilər ki, bu da yerli azərbaycanlı əhalini qıcıqlandırar.

2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib, onun funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında bölüşdürülüb.

Xəritələrlə bağlı hər şey Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib və orada xəritə problemi ilə "Geodeziya və Kartoqrafiya" MMC məşğul olur.

Qurumun direktoru Nazim İsmayılov "Turan"ın sualına cavab olaraq deyib ki, 2020-ci ildə onun rəhbərlik etdiyi qurum Azərbaycanın bütün xəritələrini qanuni adları ilə hazırlayıb Xarici İşlər Nazirliyinə təqdim edib. Bundan sonra "Google Map"da erməni toponimlərin istifadəsi problemi ilə XİN məşğul olur.

XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Turan" ilə söhbətində Dağlıq Qarabağdakı Azərbaycan yaşayış məntəqələrinin ikili adları problemini etiraf edib.

L.Abdullayeva ancaq erməni adlarının tətbiq edildiyi virtual xəritələrin linklərini XİN mətbuat xidmətinə göndərməyi xahiş edib.

"XİN uzun illərdir ki, yazılı etirazları "Google"a və digər virtual resurslara göndərir, Azərbaycan xəritələrində xarici adlardan və əlifbadan istifadənin dayandırılmasını tələb edir. Bizim səylərimiz həmişə fayda vermir, çünki "Google" hökumət şirkəti deyil. 15 oktyabr 2015-ci ildə "Alphabet Inc" beynəlxalq konqlomerat kimi yenidən təşkil edilmiş Amerika transmilli korporasiyası istehlakçıların sorğularını, istəklərini alır. Azərbaycanda erməni əhali yaşayır və buna görə də "Google Map" şirkət tərəfindən hazırlanmış Azərbaycan xəritələrində erməni toponimlərini saxlayır.

XİN bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Lakin erməni adlarının oradan silinməsi üçün "Google"a Azərbaycan vətəndaşlarından mümkün qədər çox fərdi müraciətlər göndərmək lazımdır ki, bu Amerika şirkəti azərbaycanlı və erməni istifadəçilərin sayı arasındakı fərqi görsün və ancaq Azərbaycan adlarını tətbiq etsin”, - L.Abdullayeva bildirib.