Bakının Pirallahı rayonunda 2 balıqçı itkin düşüb.
"Qaynarinfo" xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, rayon ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış 2 balıqçının axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Qaynarinfo.Az
Şərhlər