XİN-dən Çindəki azərbaycanlılarla bağlı yeni açıqlama

XİN-dən Çindəki azərbaycanlılarla bağlı yeni açıqlama

"Azərbaycan vətəndaşlarının Çində karantin elan olunan şəhərlərdən çıxarılması üçün Çin tərəfi ilə danışıqlar aparılır”.

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Nazirlik rəsmisi Çindəki azərbaycanlılarla daimi əlaqə saxlanıldığını deyib:

"Azərbaycanın Çindəki səfirliyi vasitəsilə yayılmış virusla əlaqəli olaraq vətəndaşlarımızın vəziyyətinin öyrənilməsi üçün davamlı şəkildə əlaqə saxlanılır.

Xarici İşlər Nazirliyi tərəfindən Çində yaşayan azərbaycanlılara lazımi xəbərdarlıq da edilib.

Çində qeydiyyatda olan, müvəqqəti yaşayan və təhsil alan azərbaycanlılarla mütəmadi ünsiyyət yaratmağa çalışırıq”.
XƏBƏRLƏR
BLOGLAR