Xəbər lenti

Xınalığa 25 sm qar yağdı - FAKTİKİ HAVA
Ölkə 12:57 26.10.2021

Xınalığa 25 sm qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ölkə ərazisində oktyabrın 25-i axşam saat 18:00 radələrindən başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.

Oktyabrın 26-ı səhərədək düşən yağıntının miqdarı Ləzədə (Qusar) 27.0 mm, Qubada 15.0 mm, Qrızda 14.0 mm, Daşkəsən, Qusarda 18.0 mm, Xınalıqda 12.0 mm, Şahdağ, Xaltanda 11.0 mm, Altıağacda 9.0 mm, Göygöldə 8.0 mm, Gədəbəy, Lerikdə 7.0 mm, Şabran, Oğuz, Qobustanda 5.0 mm, Gəncə 4. 0 mm, Sarıbaş (Qax), Biləsuvar, Hacıqabul, Salyan, Sabirabad, Cəfərxan, Qazıməmməd 3.0 mm, Kişçay (Şəki), İsmayıllı, Ağdərədə (Ordubad) 2.0 mm, Naxçıvan, Naftalan, Şəmkir, Zaqatala, Şəki, Tərtər, Bərdə, Yevlax, İmişli, Neftçala, Göytəpə, Lənkəranda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında Maştağa, Pirallahıda 4.0 mm, Bakıda 3.0 mm, Sumqayıtda 2.0 mm olub.

Qar örtüyünün hündürlüyü Ləzə, Xınalıqda 25 sm, Qrızda 23 sm, Dəstəfurçay-Qaraqollar (Daşkəsən) 11 sm, Şahdağ, Xaltanda 3 sm, Qusarda 2 sm, Altıağac, Daşkəsəndə 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Tərtərdə 27 m/s, Tovuzda 24 m/s, Ağdam, Bərdədə 23 m/s, Ağstafa, Nabran, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöl, Göyçayda 18 m/s, Mingəçevir, Yevlaxda 17 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Neft Daşları, Çilov adası, Maştağada 24 m/s, Sumqayıtda 22 m/s, Binədə 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək isti, aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 6°-dək şaxta, Naxçıvan MR-da 3-10° isti olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->