Xizəkçi məşq zamanı ağır qəza keçirdi, xəstəxanalıq oldu (FOTO)

Xizəkçi məşq zamanı ağır qəza keçirdi, xəstəxanalıq oldu (FOTO)

Fransalı xizəkçi Adrien Tiux ağır qəza ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Kolorado ştatında yerləşən "Chopper Mountain" kurort zonasında "Super-G" dağdan eniş üzrə yarışda iştirak üçün məşq edən idmançı xizəyin idarəetməsini itirərək meşəyə girib və ağaclara çırpılıb. Nəticədə ağac budaqları onun bədəninin müxtəlif yerlərini deşib. Ayağı və qolu sınan 37 yaşlı idmançı ağır yaralanıb. O xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. 

Əməliyyatdan sonra bədənində yara izləri qalsa da Tiux daha pis duruma düşmədiyinə sevinir. O, qəzadan sonra instaqram vasitəsilə pərəstişkarlarına müraciət edərək həyati təhlükəsi olmadığını deyib.

"Səhvim ucbatından yoldan çıxdım qoruyucu torlara girdim və meşədə dayandım. Qiymətləndirməyə görə baldır sümüyüm sınıb, trisepslərim cırılıb, dirsəyim zədələnib və sürüklənmə nəticəsində budumda dəlik yaranıb. Lakin çox şanslı olduğum üçün həyati orqanlarımda heç bir şeyə toxunulmayıb. Bu isə ən vacib məsələdir". Hazırda evində müalicə alan xizəkçi pərəstişkarlarına, ailəsinə, onu əməliyyat edən həkimlərə təşəkkürünü bildirib. 

Tiux ölkəsini üç dəfə Qış Olimpiya Oyunlarında və yeddi dünya çempionatında təmsil edib. Onun ən yaxşı nəticəsi 2015-ci ildə Koloradoda keçirilmiş "Super-G" üzrə yarışda bürünc medal qazanması olub.
 



Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X