Xəbər lenti

“Xocalı aeroportunun açılmasına heç kim mane ola bilməz” - TƏHDİD
Siyasət 12:11 05.04.2013

“Xocalı aeroportunun açılmasına heç kim mane ola bilməz” - TƏHDİD

Ermənistan tərəfi Xocalı aeroportu ilə bağlı növbəti dəfə təxribata əl ataraq Azərbaycana bəzi mesajlar göndərib. 

Modern.az-ın verdiyi xəbərə görə, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “mülki aviasiya idarəsinin” rəisi Dmitri Atbaşyan Xocalı aeroportu ilə bağlı mətbuata açıqlamasında hava limanının istifadəyə verilməsinə heç kimin mane ola bilməyəcəyini vurğulayıb.

Ermənistanın mülkü hava yolları şirkəti olan “Armavia”nın iflasa uğramasına münasibət bildirən Dmirti Atbaşyan bunun Xocalı aeroportunun istifadəyə verilməsinə mənfi təsir edə bilməyəcəyini deyib.

"Ermənistanda fəaliyyət göstərən bir neçə aviaşirkət var və bunlardan biri İrəvan-Xocalı səfərlərini təşkil edəcək”-deyə Atbaşyan qeyd edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->