Xəbər lenti

Xorvatiyanın baş məşqçisindən xanım prezidentə şok sözlər
İdman 09:00 20.07.2018

Xorvatiyanın baş məşqçisindən xanım prezidentə şok sözlər

Rusiyada keçirilən dünya çempionatında finala çıxaraq özündən söz etdirən Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkə siyasətçilərinə məktub yazıb.

Qaynarinfo xəbər verir ki, çalışdırıcı ad çəkmədən mundialdakı bütün oyunlarını izləyən, dünya çempionatı boyunca sosial medianın əsas müzakirə mövzularından birinə çevirilən Xorvatiyanın xanım prezidenti Kolinda Qraber Kitaroviçi hədəfə alıb.



"Bütün siyasətçilərə səslənirəm, üzərimizdən mükafat oyunu oynamayın. Xalqımızı səfalət və ümidsizlik cəhənnəminə itələyən sizlərsiniz" Zlatko Daliç prezidenti tənqid edib.

Baş məşqçi məktubunda yığmaya ayrılan bütün mükafatları bağışlayacaqlarını bildirib: "Alacağımız 23 milyon avro mükafatı uşaq qurumlarına bağışlayacağıq. Avropa Birliyinin ən kasıb ölkəsiyik. Pis və daha əvvəl mütəşəkkil cinayətkarlığa qarışmış insanlar bizi idarə edir. Xalqımızın əksəriyyəti gündəlik ehtiyaclarını ödəyə bilmir. Səhiyyə sistemi çöküb, məhkəmələr çirkli pulları yumaqla və saxtakarlıqları təmizlməklə məşğuldu. Minlərlə km sahilimiz olsa da, heç vaxt dəniz görməmiş uşaqlarımız var".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->