Ölkə 18:12 30.06.2020

Xüsusi karantin rejimi uzadılır (RƏSMİ)

"Operativ Qərargah ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti altında fəaliyyət göstərir”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir: "5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”.