Xəbər lenti

Yalçın Qəhrəmanoğlunun saxlanıldığı yer bəlli deyil
Siyasət 17:26 29.07.2013

Yalçın Qəhrəmanoğlunun saxlanıldığı yer bəlli deyil

DİN-in mətbuat xidmətinə Yalçın Qəhrəmanoğlunun saxlanılması ilə bağlı məlumat daxil olmayıb.

Bunu Qaynar.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib. O bildirib ki, Y.Qəhramanoğlunun saxlanması ilə bağlı hər hansı məlumata malik deyil: “Bizə bu barədə məlumat daxil olmayıb”.

Qeyd edək ki, Milli Şuranın Ukraynadakı nümayəndəliyinin rəhbərliyinin rəhbəri Yalçın Qəhrəmanoğlu Bakıda həbs edilib. Yalçın Qəhrəmanoğlu hava limanından ailəsi ilə birlikdə evinə gedərkən saxlanılıb və DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->