Yanan bazarın sahibkarları yenidən toplaşdı (FOTOLAR)

Yanan bazarın sahibkarları yenidən toplaşdı (FOTOLAR)

"Eurohome” bazarında zərər çəkən sahibkarlar kömək üçün növbəti dəfə bazarın qarşısında toplaşıblar. 

Qaynarinfo xəbər verir ki, yanğın zamanı bütün malları yanan sahibkarlar işlərindən olmaqla yanaşı, külli miqdarda borca düşüblər. Əksəriyyəti evini girov qoyaraq banklardan pul götürüb. Buna görə də bankın onların evini alma təhlüksəi var. Bundan başqa şirkətlər qarşısında da külli miqdarda borc öhdəlikləri yaranıb. İşindən olan sahibkarlar bunu ödəyə bilməyəcəkləri üçün Prezidentdən kömək istəyirlər. 

Baş verən hadisə nəticəsində yüzlərlə ailə işsiz qalıb. Dediklərinə görə, hətta evinə çörək ala bilməyənlər var. Sahirbkarlar bildirib ki, bu çətin situasiyada ümidləri prezidentin köməyinədir.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR