Dünya 12:08 02.08.2021

Yanğınlar bitəndən sonra Türkiyə nə və necə etməlidir?

Ard-arda gələn meşə yangınları xalqı ağac səfərbərliyinə yönəltsə də, yanan ərazilərin özünə gəlməsi üçün ən azı 1,5 il lazımdır. "Ağacları hara gəldi təsadüfi əkmək olmaz. Təbitə sizə hansı növü istədiyini deyirsə, həmin bölgədə ancaq həmin ağacları əkmək olar”.

Qaynarinfo xəbər verir ki, bu sözləri hurriyet.cim.tr-yə TEMA Vəqfi Baş Direktor Köməkçisi Dr. Hikmət Öztürk deyib. 

Yanmış ərazini meşəyə çevirmək üçün nə qədər zamana ehtiyac var?

Bu məsələ yanmış sahənin ölçüsünə görə dəyişir. İlk növbədə bölgədə yanan və məhv olmuş ağaclar çıxarılmalıdır. Daha sonra, bu sahədə meşəçilik işlərinin layihələndirilməsi üçün bir zamana ehtiyac var. Bu proseslərdən sonra meşəsalma işlərinə hazırlıqlar başlayır. Qarşımıza "Ərazidə əkmək üçün uyğun olan tinglər varmı" sualı ortaya çıxır.

Dərhal ağac əkmək olmaz

Hazır tingləriniz varsa, əkinə ən tezi yanğından 1,5 il sonra başlanıla bilər. Uyğun ting yoxdursa, bu ting də aqğac tingliyində yetişdirilməlidir. Bir tingin böyüməsi və əraziyə çatması da 8-10 ay çəkir. İyulda baş verən yanğını düşündüyümüz zaman, təxminən oktyabr/noyabr aylarına qədər ərazilərin araşdırılması aparılacaq. Bununla da ağac əkiminin harada aparılacağı, torpaqda olan toxumlarla öz-özünə cücərmə baş verəcəyi müəyyən ediləcək. 
Ağacların əkilməsi üçün yerlər müəyyən edildikdə, ting ehtiyacına uyğun olaraq istehsal işləri başlayacaq. Yanvar-fevral aylarını gözləmək lazım olacaq, çünki araşdırma bitdiyi tarixdə toxum əkilə bilməz. Böyümə dövrü 10 aydırsa, 2022-ci ilin noyabr-dekabr ayları ən tez əkin tarixi kimi görünəcək. Qırmızı şam ağaclarından danışırıqsa, aprel-may aylarında qoza yığımına başlamaq lazımdır. Toxumların qozadan çıxarılması prosesi işə düşür. Bu o deməkdir ki, yandırılmış ərazidə əkin müddəti 2,5 ilə qədər uzanır. Başqa sözlə, yandırılmış ərazidə meşə salınması dərhal həyata keçirilə bilməz.
30-50 ilə böyüyür

Bir ağacın əkilməsi və böyüməsi nə qədər çəkir? Yeni əkilən tinglər bölgəyə görə fərqlənirmi?

Bu bölgələrdə ağac növlərimiz qırmızı şamdır. Digər növlərə nisbətən sürətlə böyüyən bir növdür. Bu ağacların yanğından əvvəlki böyüklüyə çatması təxminən 30-50 il çəkə bilər. Bu, torpağın təbiətinə, dərinliyinə, yağıntıların miqdarına və yerləşməsinə görə dəyişir. Tinglər əkilən bölgələrə görə fərqlənir. Bütün yanmış ərazilərdə meşə salına, ting əkilə bilməz. Kifayət qədər köhnə ağacların olduğu və torpaqda kifayət qədər canlı toxumların olduğu yerlər, toxumlar cücərərək yenidən bir meşə meydana gətirdikcə öz inkişafına buraxıla bilər. Yanğından sonrakı araşdırmalar çox əhəmiyyətlidir, bir haralar özbaşına buraxılır və harada ağac əkiləcəyi müəyyən olunur. Sonra əkin layihəsi tətbiq edilməyə başlanır. Eyni ağacların niyə əkildiyi ilə bağlı suallar alırıq.

Ağacın növünü təbiət özü təyin edir

Meşəçilikdə əsas şey təbiət sizə hansı növ istədiyini deyirsə, odur - həmin ərazidə də həmin ağac əkilir. On minlərlə ildir ki, təbiət həmin bölgədə hansı ağac növlərinin yaşayacağını müəyyən edib. Başqa bir ağac növü gətirəndə uyğunlaşma problemləri, xəstəlik və inkişafın geriliyi kimi problemlər yaranır. Bu səbəbdən, köhnə meşəyə bənzər bir quruluşa sahib meşə salınması qaydasına əməl edilir. Digər tərəfdən, meşələşdirmə işləri aparılarkən, mümkün yaşayış yerlərində qarışıq meşələr salına bilər.

Təbii vəziyyəti eyni ola bilməz

Yanmış meşələrdə bir çox canlı yaşayır. Təbii həyatın yenidən qurulması mümkündürmü?
Bu, çox uzun prosesdir. Təbiətin yenidən əvvəlki kimi olması mümkün deyil. Ancaq təbii vəziyyətinə çox yaxın olan xüsusiyyətləri əldə etməsi təxminən 100 il çəkir.

Ağac və meşə maarifləndirilməsi ilə bağlı cəmiyyətin vəzifələri nələrdir?

Cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, meşələri insan əli ilə yandırırıq. Meşə yanğınları iki səbəbdən baş verir, təbii səbəblərin mənbəyi ildırımdır. Lakin yağış ildırımla birlikdə eyni vaxtda olduğu üçün Türkiyədə böyük meşə yanğınları baş vermir. Məsələn, Amerikada vəziyyət tam əksinədir. Türkiyədəki yanğın statistikasına baxdığımızda, yanğınların demək olar ki, 95%-nin insan səhvi və qəsdlərindən qaynaqlandığını görürük.
Burada ən əhəmiyyətli nöqtə meşələri həyat mənbəyimiz olaraq görməyimizdir. Bunlar olmasaydı, nəfəs aldığımız havadan su istehsalına, bir çox canlıların həyatına və biomüxtəlifliyin qorunmasına qədər həyatımızdakı bir çox şeydən məhrum olardıq. Meşələri insanların ən əhəmiyyətli həyat mənbəyi olaraq qorumaq vacibdir. Bir qığılcımın da böyük nəticələr verəcəyini düşünərək odu meşədən uzaqlaşdırmalıyıq. Enerji ötürmə xətlərində vaxtında texniki xidmət göstərilməsi də qəzaların qarşısını almaq baxımından vacibdir.
Cəmiyyətin vəzifə götürməsi və yanğınlar qarşısında məsuliyyət hiss etməsi çox vacibdir. Bir ictimai hərəkata çevrilməsi bu mənada çox vacibdir. Ancaq yanğınları söndürməkdənsə, yanğının baş verməsinin qarşısını almaq lazımdır. Meşə ən yüksək miqdarda yanıcı maddənin olduğu bir varlıqdır. Bu varlıq yanğında bir ekosistem olaraq məhv olur. Bu səbəbdən bir daha xatırlatmaq istərdik ki, bacardıqca odu meşədən uzaq tutmalıyıq.
 
Alpər