Viktor Yanukoviç Ukraynada baş verən qarşıdurmalardan sonra özünün ikinci mətbuat konfransını keçirib.“Qafqazinfo” xəbər verir ki, Rusiya təşkil edilən jurnalistlərlə görüşdə Yanukoviç Ukraynanın yeganə legitim prezidenti olduğunu bəyan edib:
“Mən Ukraynanın nəinki legitim prezidenti, həmçinin ölkənin ali baş komandiri olaraq qalıram. Mən yaşayıram, heç bir yerə qaçmadım. Lakin özümü yaxşı hiss etdiyimi deyə bilmərəm. Çünki dərin narahatlıq hissi ilə Ukraynada baş verənləri görürəm. Qərb havadarlarından soruşmaq istəyirəm, siz faşizmin nə olduğunu unutdunuz? Əminəm ki, Ukrayna zabit və əsgərləri sizin nə olduğunuzu bilir və sizin cinayətkar əmrlərinizi yerinə yetirmir. Mən qaçmadım. Çevriliş baş verən zaman Ukrayna ərazisini tərk etməmişdim. Həmin günlərdə mənə qarşı terror akları törətmək istədilər. Mayın 25-nə təyin olunan prezident seçkiləri qeyri-legitim və qanunsuzdur. Həmin seçkilər total ekstremizm şəraitində baş tutacaq. Hər kəsə məlumdur ki, ABŞ hökuməti bu bandit rejimə 1 milyard dollar ayırmaq niyyətindədir. Lakin qanunvericiliyə görə, ABŞ-ın başqa ölkələrdə dövlət çevrilişlərini maliyyələşdirməyə haqqı yoxdur. Mən Konqress, ABŞ Ali Məhkəməsinə müraciət etmək niyyətindəyəm. Siz öz qanunlarınızla quldurlara pul ayırmaq haqqınız yoxdur.
Xəbərdarlıq etmək istəyirəm ki, ölkədə yaxın vaxtlarda ağır sosial-iqtisadi durum yaşanacaq. Qəsbkarlar bunun məsuliyyətini mənim, hətta Rusiyanın üzərinə atmaq istəyir. Mən bununla heç vaxt razı olmayacam”.
Qeyd edək ki, Yanukoviç jurnalistlərin suallarını cavablandırmaqdan imtina edərək çıxışını bitirdikdən sonra zalı tərk edib.
Qaynar.info
Şərhlər