Hazırda Hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Prezident İlham Əliyev də videokonfrans formatında partiyanın ali orqanının iclasına qoşulub.
Qaynarinfo xəbər verir ki, hakim partiyanın saytı yap.org.az və partiyanın rəsmi qəzeti olan "Yeni Azərbaycan” qəzetinin saytında qurultayla bağlı heç bir xəbər verilməyib.
Gündəlik yenilənən hakim partiyanın saytında bu gün yerləşdirilən 6 xəbərin heç biri qurultayla bağlı deyil. Eləcə də "Yeni Azərbaycan” qəzetinin saytının "YAP xəbərləri” bölümündə bu barədə xəbər yoxdur.
Orxan Əhmədli
Şərhlər