YAP və Məzahir Pənahovdan xərçəngə yoluxan Mehman Hüseynova jest (FOTOFAKT)

YAP və Məzahir Pənahovdan xərçəngə yoluxan Mehman Hüseynova jest (FOTOFAKT)

İsveçrədə xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış blogger Mehman Hüseynova yardım kampaniyası davam edir.

Verilən məlumata görə, artıq bloggerin müalicəsi üçün 140 000 manat vəsait toplanıb. Mehman Hüseynov son açıqlamasında yardım edənlərin adlarını çəkməsə də onların hər birinə təşəkkürünü bildirib.

Bu arada Sfera.az-a yardım kampaniyasına qatılan bəzi şəxslərin və qurumların adı bəlli olub. Ötən gün Mehman Hüseynovun müalicəsi üçün pul keçirən qurumlardan birinin hakim Yeni Azərbaycan Partiyasınınolması haqda məlumat verilmişdi. Gofundme.com onlayn resursunda yer almış məlumatda qeyd olunub ki, yardım kampaniyasına qoşulanlar cərgəsində YAP Gənclər Birliyinin də adı keçir.

Amma hakim düşərgədən Mehmana dəstək olan təkcə YAP Gənclər Birliyi deyil. Son məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da blogger üçün pul köçürüb. Görünür, MSK sədri bu jesti ilə son parlament seçkilərində ciddi konflikt yaşadığı Mehman Hüseynova qarşı qərəzli olmadığını nümayiş etdirməyə çalışıb.

Məzahir Pənahovun Mehman Hüseynova maddi dəstək olduğunu əks etdirən fotofaktı təqdim edirik.
 

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR