Sağlamlıq 11:59 09.01.2021

Yapon alimlər yuxuda arıqlamağın yolunu tapdılar

Yaponiyanın Tsukuba Universitetinin tədqiqatçıları gündə iki fincan oolong çayı içməyin yuxu zamanı yağ parçalanmasını stimullaşdırdığını müəyyən edib. 

Qaynarinfo xəbər verir ki, elmi araşdırmaların nəticələri "Nutrients” jurnalında dərc edilib.

Mütəxəssislərin fikrincə, oolong çayı həm yaşıl, həm də qara çayın xüsusiyyətlərini özündə birləşdirir. Bu çay enerji mübadiləsinə təsir edən və ürək ritmini artıran kofein də ehtiva edir.

Alimlər bir qrup sağlam könüllüdə oolong çayının enerji və yağ metabolizmasına təsirini araşdırıblar. İçkinin yağların parçalanmasını sürətləndirməklə 20% daha aktiv olduğu və təcrübədə iştirak edənlərin yuxu zamanı da hərəkətə davam etdiyi ortaya çıxıb.

Alpər