Foto 12:05 22.10.2019

Yaponiyanın yeni İmperatoru taxta çıxdı (FOTOLAR)

Yaponiyanın yeni İmperatoru 59 yaşlı Naruhito taxta çıxıb.

Qaynarinfo xəbər verir ki, taxta çıxma ilə əlaqədar rəsmi mərasim paytaxt Tokiodakı Kral Sarayında 2 min qonağın və 180 ölkə rəsmisinin iştirakı ilə baş tutub. 

Yeni İmperatorun rəsmi şəkildə taxt-tacın sahibi elan edilməsi ilə əlaqədar kiçik cinayətlərdə ittiham edilən yarım milyondan çox şəxs əfv edilib.

Qeyd edək ki, sonuncu İmperator 85 yaşlı Akihito may ayında taxt-tacdan imtina edib. Bununla son 30 ildə Yaponiyada ilk dəfə İmperator dəyişikliyi baş tutub.

Gülşən