Dünya 21:55 13.08.2019

Yaponiyaya saatda 108 km sürətli tufan yaxınlaşır

Güclü "Krosa” tufanı Yaponiyanın şimal-qərb sahillərinə yaxınlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Tufan avqustun 15-də Yaponiyaya çatacaq. Ölkənin qərbində və şərqində tufan torpağa çatmamış güclü yağışlar olacağı gözlənilir, qərb və şərq sahilləri boyunca güclü küləklər əsəcək. Küşü adasının cənubunda küləyin sürətinin saatda 108 kilometrə çatacağı gözlənilir. Şikoku yaxınlığında dalğaların hündürlüyünün 10 metrə çatacağı proqnozlaşdırılır.

Sinoptiklərin bildirdiyinə görə, bəzi rayonlara 1000 millimetrdən çox yağıntı düşəcək.