Sosial şəbəkələrdə və bəzi saytlarda "Tarix dərsliyində Qarabağın adı "Artsax" olaraq yazıldı" başlığı ilə yanlış xəbər yayılıb.
Qaynarinfo xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "ATV Xəbər"ə açıqlamasında dərslikdə "Artsax" deyil, Arsak (Ərsak) yazıldığını bildirib.
Qeyd edək ki, nəşrdə Arsakın (Ərsak) izahı da verilib:
"Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda - qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır.
Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb "Artsax" kimi təqdim edirlər".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər