Sənət 13:30 15.09.2021

Yaqub Zurufçu dəfn edildi (YENİLƏNİB)

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu "Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

10:58
 
Mədəniyyət Nazirliyindən "Report"a bildirib ki, mərhum Bakının "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

O, Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynov (Rəmiş) yanında dəfn olunacaq.

Allah rəhmət eləsin!
 
09.17

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu bu gün Bakıda dəfn olunacaq.

Bu barədə "Report"a sənətçinin qohumları məlumat verib.

Bildirilib ki, mərhum koronavirusdan vəfat etdiyinə görə cənazə ailəyə təhvil verilməyəcək. Əməkdar artistin cənazəsi birbaşa ailənin dəfn üçün müəyyən etdiyi yerə aparılacaq və torpağa tapşırılacaq. Ailə dəfn yerini hələlik müəyyənləşdirməyib.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı "Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.