Xəbər lenti

Yaralananlardan 5-i Suriya, 2-si Rusiya vətəndaşıdır (SİYAHI)
Ölkə 15:42 14.07.2019

Yaralananlardan 5-i Suriya, 2-si Rusiya vətəndaşıdır (SİYAHI)

Şəkidə Xan Sarayında baş vermiş hadisə zamanı yaralananların adları açıqlanıb.

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya məlumatına əsasən, baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.

Hadisə zamanı xəsarət alanların siyahısı:

Soltanova Sevinc - 1940-cı il təvəllüdlü, Rusiya vətəndaşı
Soltanova Laçın - 2004, Rusiya
Sara Hasan  1998, Suriya (sağ budun qapalı travması çanaqda)
Farik al Hasan - 1952, Suriya
Mariya al Hasan - 2003, Suriya
Samira al Hasan - 1965, Suriya
Galia al Hasan - 1988, Suriya
Rəsulova Səbinə - 1983
Məmmədov Elxan - 1993 (onurğanın qapalı travması)
Məmmədova Səkinə - 1998
Teymurova Validə - 1995
Ağayev Fərid - 1996
Məmmədov İlkin - 1995 (ağır dərəcəli kəllə-beyin travması sağ ayaqda sınıq)
Məmmədova Zemfira - 1994
Naibə Hüseynova - 1968
Cəfərova Məryəm - 1961
Niftəliyeva Könül - 197
Xasiyeva Yasəmən - 1970
Ağamalıyeva Xatirə - 1987 (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok)

Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Son günlər ölkədə müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.
 
Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->