Ölkə 21:29 20.08.2019

Yardımlıda 24 yaşlı qadını elektrik cərəyanı vurub öldürdü

Yardımlı rayonunda qadını elektrik cərəyanı vurub.

Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Hanuba kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su motorundan istifadə edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.