Yaşlı Tovuz sakini erməni mərmisiylə ölümdən son anda qurtuldu (FOTO)

Yaşlı Tovuz sakini erməni mərmisiylə ölümdən son anda qurtuldu (FOTO)

İyulun 12-14-ü tarixlərində Ermənistan ordusunun intensiv artilleriya atəşlərinə məruz qalan Tovuz rayonunun Ağdam kəndinin əhalisi arasında ruh yüksəkliyi, mübarizə əzmi var.

Ayaz Orucovun evi şiddətli döyüşlərin getdiyi bölgənin düz ortasında yerləşir. Onun evi iyulun 14-də Ermənistanın artilleriya atəşi nəticəsində zərər görüb.

Qaynarinfo xəbər verir ki, Oxu.Az-ın cəbhə xəttinə ezam olunan əməkdaşı ev sakinləri ilə söhbətləşib. Evin ağbirçəyi Xuraman Orucova deyir ki, iyulun 14-də həyətlərinə mərmi düşən zaman özü də xəsarət alıb.

Həyətə mərmi düşərkən Xuraman nənə üzüüstə yıxılıb, xoşbəxtlikdən ağır xəsarətlər almayıb.
Qarşısındakı divar maneə rolunu oynayaraq, onu qəlpələrdən qoruya bilib.

Xuraman nənə deyir ki, təhlükələrə baxmayaraq, qəti qorxmurlar və heç zaman yaşadıqları evi tərk etmək barədə düşünməyiblər.

Xuraman nənə Azərbaycan dövlətinə, Ordusuna, hərbçilərimizə güvəndiyini bildirib.

Pərviz Qasımovun da evi artilleriya atəşləri zamanı zərər görüb. Onun anası Rəna Rəsulova bildirir ki, vəfat edən əri hərbçi olub.

Rəna xanım Azərbaycan dövlətinə, Ordusuna inamını da ifadə edib. O bildirir ki, bir an da kəndi tərk etmək barədə düşünməyib.

Hazırda kənddə həyat öz axarı ilə davam edir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR