Yatarla Yatmaz

Yatarla Yatmaz

Rasim Qaraca

İki yoldaş olub yola düzəldilər. Birinin adı Yatar, o birinin adı Yatmaz idi. Onlar adları tək işlər görərdi. 

-Yatma!

Yol boyu bu nida ara vermədən səslənirdi. Yoxsa mənzil başına zamanında çata bilməyəcəkdilər.

-Yat! – bunu da Yatar deyirdi. Çünki Yatmazın nə gecəsi vardı, nə gündüzü – yatmaq nə olduğunu bilməzdi.

Yatmaz – adından da göründüyü kimi, - yatmaq nə olduğunu bilməzdi. Demokratik dünyagörüşü yaxşı mənimsəmişdi, nəzəri biliklərini gerçək yaşamında da tətbiq edə bilirdi. Bu adı ona siyasi baxımdan hər zaman ayıq olduğuna görə vermişdilər. Haqsızlığa qarşı barışmaz idi, hadisələrə tarixi prizmadan baxardı, yarı solçu, yarı millətçi idi. O biri yoldaşın adı Yatar idi,  çünki daim yatmağa, yerə uzanmağa, yıxılmağa meyl göstərərdi. Əlbəttə bir müddət ayaq üstə olardı, ancaq ilk fürsətdəcə sanki ayaqlarının altından yer qaçar, bir an öncə yerə sərilərdi. Bu da bu cürə bir bədbəxtlikdi, yanındakı yoldaşı hər an ayıq-sayıq olmalı, onu oyatmalı idi. 

Zahirən hər ikisi eyni adam idi. Sosial həyatda, təhsildə, ailədə, dostluq ilişkilərində onların normal insanlardan o qədər də fərqi yox idi. Yalnız bir özəllikləri var idi: biri yatmağa meyilli idi, o biri yatmamağa. 

Hər ikisi vətənini, millətini sevərdi, ümumi işlər naminə səfərbər olmanın nə demək olduğunu anlayırdılar. Lakin, Yatmazdan fərqli olaraq, bunları hər dəfə Yatarın yadına salmaq lazım idi. O, insanın prinsipial olmalı olduğunu bilirdi, təkcə unutqanlığı üzündən heç vaxt prinsipial ola bilmirdi. 

Başa düşürdü, insanda şərəf hissi olmalıdır, fəqət yanında Yatmaz kimi bir adam olmalıydı, hər dəfə bunu onun yadına salmaqdan ötrü. Yatar hər zaman demokratiya haqqında kitablar oxuyardı, Qərb ölkələrində nəyin necə olduğunu yaxşı bilirdi, ancaq öz işlərində bunları tətbiq edə bilmirdi, çünki unutqan idi, gərək bir adam olaydı, daim onu dümsükləyəydi. Yatar  siyasi hakimiyyətin xalqa və millətə aid olan sərvətləri amansızlıqla taladığını bilirdi...Adətən içki məclislərində Yatar qeyri-adi ciddi görkəm alar, həyatın amansız, cəmiyyətin ədalətsiz olduğundan şikayətlənərdi.

Yatmazın və Yatarın bu fiziki özəllikləri onların xasiyyətinə də sirayət etmişdi, məsələn Yatarın düşüncələri daha proqressivdi, xasiyyətcə üsyankar və barışmazdı. Əksinə olaraq, Yatar depressiyaya meyilli olurdu, tez ruhdab düşürdü, ilk fürsətdə barışığa can atırdı.

Onlar iki yoldaş olub N. şəhərindən R. Şəhərinə yola düzəlmişdilər...

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR