Yaxın Şərq müharibənin astanasında: İsrail hücuma hazırlaşır

Yaxın Şərq müharibənin astanasında: İsrail hücuma hazırlaşır

100 qırıcı ilə tarixin ən böyük hava hücumu təlimini gerçəkləşdirən İsrailin Livana hücum planı hazırladığı iddia edilir.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin hədəfi Livan torpaqlarının 65 faizini işğal etmək və Hizbullah bazalarını ələ keçirməkdir.

ABŞ-ın da qatıldığı bu plan gerçəkləşəcəyi təqdirdə Livanda baş nazirlik postundan istefa verən Saad Haririnin ölkəyə dövlət başçısı olaraq dönəcəyi bildirilir.

Bununla yanaşı ABŞ-ın rəhbərliyi altında yaradılan ittifaqın Yəmən və Qətərdə əməliyyatlara hazırlaşdığı da qeyd olunur. Plan çərçivəsində Səudiyyə Ərəbistanının Qətərdə qeyri-sabitlik yaradacağı da iddialar sırasındadır. ABŞ-ın yaxın şərqdə yeritdiyi siyasətə görə, körfəzdən İraq və Suriyaya qədər uzanan geniş bölgədə məzhəb qarşıdurmaları başladılacaq və bir çox ölkənin xəritəsi dəyişdiriləcək.

İranın isə bu hücuma Bəhreyn üzərindən cavab verəcəyini bildirilir.
 
Qaynarinfo.Az
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR