Xəbər lenti

Yay xəstəliklərlə gəlir: Nə yeyib, nə içək?
Sağlamlıq 22:57 26.05.2018

Yay xəstəliklərlə gəlir: Nə yeyib, nə içək?

Yay fəslində qida zəhərlənmələri daha çox baş verir.

Professor Adil Qeybulla cebhe.info-ya açıqlamasında bildirib ki, yay üçün xarakterik olan xəstəliklərə arasında qıda zəhərlənmələri ön sıralarda durur:  ”Bu gün insanların həm qida gigiyenası, həm də qidalanma tərzi xeyli dəyişib. Bu ilk növbədə qidaların tərkibi ilə bağlıdır. Qida rasionunda süni, geni dəyişdirilmiş, ekzotok qidaların çəkisi artmaqdadır. Bütün bunlar insanın bir növ kimi dəyişməysinə gətirib çıxarır. Müxtəlif  immun gösəriciləri hiperaktik olmasa da, biz bunu labarator analizlərdə, xəstəliklərin gedişində və digər məsələlərdə müşahidə edirik. Bu həm də immun sisteminin formalaşmasında özünü göstərir.  Ekoloji səbəblər və qidalanma tərzi insanların sağlamlıq göstəricilərinə xeyli əsir edir”.

Professor deyir ki, yayda vaxtından əvvəl satışa çıxarılan, süni şəraitdə yetişdirilən qidalardan zəhərlənmələr çox olur. Çünki, bunların yetişdirilməsində  müxtəlif gübrələr, stimulyator maddələrdən istifadə olunur ki, bu ərzaqların tərkibində həmin maddələrin kumilyasıyasına gətirib çıxarır: " Məsələn qarpızdan, pomidordan, qışdan qalan konserviləşdirilmiş qidalardan zəhərlənmə hallarına rast gəlirik. Hər bir məhsuldan vaxtında istifadə etmək məsləhətdir. Vaxtından əvvəl, süni iqlim şəraitində yetişdirilmiş qidalardan mümkün qədər çəkinmək lazımdır. Yayda qida toksiki infeksiyalar üstünlük təşkil edir. Bunlar bəzən bağırsaq pozğunluqları, alergik reaksiyalar və digər situatsiyalarla müşayyət olunur”.

Adil Qeybulla deyir ki, yay vaxtı toksoloji mərkəzlərdə xəstələrin sayının artması müşahidə olunur. Həkim mümkün qədər az qidalanmağın, daha çox hərəkət etməyi sağlamlığın vacib şərti olduğunu deyir: "Sağlamlığımızı qorumaq üçün əlimizdən gələni eləməliyik” 

Bundan başqa o, yayda günvurma, ilansancma hallarından qorunmağı tövsiyyə edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->