Yazar Jalə İsmayılın kitabı Rumıniyada nəşr edildi

Yazar Jalə İsmayılın kitabı Rumıniyada nəşr edildi

Yazar Jalə İsmayılın "Rumıniya-Azərbaycan: iki ölkə, sonsuz imkanlar” adlı kitabı nəşr edilib. 

Qaynarinfo xəbər verir ki, Rumıniyada işıq üzü görən kitab Azərbaycan-rumın mədəni əlaqələrindən bəhs edir. Kitabda mədəni əlaqələrin inkişaf mərhələləri təhlil edilib, inkişafa təkan vermiş tarixi hadisələrə və şəxsiyyətlərə geniş yer ayırılıb. 

Tədqiqat işi Azərbaycan, Rumıniya, Rusiya və Türkiyənin kitabxana və arxiv materialları əsasında hazırlanıb. Rumıniyanın Azərbaycandakı ilk səfiri və tədqiqat işinin elmi rəhbəri professor Tasin Cemil kitaba önsöz yazıb.    

Kitab Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan Yankunun təşəbbüsü ilə çap olunub. Nəşrin redaktoru Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Rumın dili və Mədəniyyəti Mərkəzinin direktoru Yosefina Battodur.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image