Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırdı

Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırdı

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar karantin rejimində nə ilə məşğuldur və oxucularına, xalqa nəyi məsləhət görür? 

Qaynarinfo xəbər verir ki, bu barədə Pressklub.az yazıçı ilə söhbət etdi. 

- Anar müəllim, bütün dünyanı iflic etmiş koronavirusla bağlı nə deyərdiniz və hansı hissləri keçirirsiniz?
- Təəssüf hissi keçirirəm ki, dünya belə bir bəla ilə üzləşib. Heç kəs belə bir şeyin olacağını gözləmirdi. Dünya üçün çox ciddi təhlükədir. Ona görə də, belə bir hadisənin baş verməsinə görə çox təssüflənirəm...

- Belə məqamlarda dövlətin və toplumun önündə gedən məşhur şəxsiyyətlərin dəstəyi, məsləhətləri insanlar üçün vacibdir. Həmvətənlərinizə hansı məsləhətləri verə bilərsiniz?
- Məsləhətlər demək olar ki, hər gün səslənir. Hamı təklif edir ki, insanlar evdə qalsınlar, başqaları ilə az ünsiyyətdə olsunlar, kənar yerlərdə olmasınlar, çalışıb bütün işlərini evlərində görsünlər, evdə qalsınlar. Mən də bu çağırışlara qoşularaq, evdə oturmuşam, digərlərinə də bunu məsləhət görürəm.

- Karantin rejimində vaxtınızı necə keçirirsiniz, yeni əsərlər üzərində işləyirsinizmi?
- Evdə yaradıcılıqla məşğulam. Kitablarımı tərtib edib, yeni yazılarım üzərində işləyirəm.

- Öz kitablarınız da daxil olmaqla, oxumaq üçün tövsiyə edəcəyiniz və özünüzün də oxumaq istədiyiniz kitablar hansılardır?
- Özümün oxumaq istədiyim kitablar çoxdur, onları sadalamıram. İnsanlara tövsiyə edirəm ki, çoxlu kitab oxusunlar - o cümlədən də mənim kitablarımı.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR