Yeganə oğlu Ermənistana aparılan ananın faciəsi (VİDEO)

Yeganə oğlu Ermənistana aparılan ananın faciəsi (VİDEO)

"Əgər mən sizə desəm ki, Ermənistana aparılan oğlunuz Qarabağda bizə qarşı döyüşüb, yenə də onu qəbul edəcəksiz?"

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı bu sualı oğlu erməni ailəsinə övladlığa verilən Qəndab xanıma ünvanlayıb.
51 il əvvəl il dünyaya gətirdiyi oğlu əlindən alınaraq Gəncədəki uşaq evinə atılan və erməni ailəsi tərəfindən övladlığa götürülərək Ermənistana aparılan 65 yaşlı azərbaycanlı qadın bu suala "Bəli" cavabını verib.

Onun bu cavabı studiyada əyləşən ekspertlərin bir qismini özündən çıxarıb. Hətta verilişi tərk etmək istəyənlər də olub. Bu müzakirələrin ardınca ana oğlunun monitorda nümayiş olunan fotosuna yaxınlaşaraq "bala" deyərək nalə çəkib. Onun "sənə "bala" dediyim üçün hər kəsdən üzr istəyirəm" deməsi ürəkləri dağladıb. 

X.Hidayətqızı "Oğlunu buraya gətirəcəm" deyərək ananı sakitləşdirir. Bəli, Ermənistanda yaşamış, erməni ailəsinin tərbiyə etdiyi Eldəniz (Armen) Bakıya gətirilib. Onun Xəzər TV-nin efirinə çıxacağı gözlənilir. Armen bioloji anasına "Səni axtarıram"da qovuşacaq. 


 
Gəncədə yaşayan 1954-cü il təvəllüdlü Qəndab Əhmədova Cəmil qızı doğulduqdan 3 ay sonra Körpələr Evinə atılan oğlunu axtararkən bu acı həqiqətlə üz-üzə qalıb. Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramına üz tutan 65 yaşlı Qəndab xanıma olduqca ağır xəbər verir. Onun 51 il əvvəl - 1968-ci ildə dünyaya gətirdiyi oğlu erməni ailəsinə övladlığa verilib və yeni ailəsilə birlikdə Ermənistana köçüb.

Eldəniz 1972-ci ildə 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilir. Erməni ailə Eldənizi Körpələr Evindən götürdükdən sonra adını dəyişib. O artıq Eldəniz deyil. 1982-ci ildə ailə ona erməni övladı olmadığını bildirir və gecə ilə Azərbaycanı tərk edərək Ermənistana daşınır.
 
Armen Ermənistanda böyüyüb, kollec bitirib və orada həqiqi hərbi xidmətdə olub. Ailə Armenin əslində azərbaycanlı olduğunu hər kəsdən gizli saxlayır. Armenin erməni anası ölən günü qardaşı Robertə bu sirri açır. Ana ölümündən qabaq Armenin azərbaycanlı olduğunu bildirir və Robertə tapşırır ki, onu Ermənistandan çıxarsın.
 
Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana ola bilmir. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də heç bir nəticə vermir. Hacıxanım Qəndab sonda oğlunun axtarışını "Səni axtarıram" proqramına həvalə edir və acı həqiqət üzə çıxır.
 
Qəndab xanım 14 yaşı olarkən qohumu tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb. Nikah yaşına çatmayan qızla cinsi əlaqəyə girdiyinə görə onu qaçıran şəxs həbs olunur və 8 il azadlıqdan məhrum edilir. Qəndab ata evinə qaytarılır. Lakin sonra onun hamilə olduğu məlum olur. Beləliklə, 1 yanvar 1968-ci ildə qaçırılan Qəndab 13 oktyabr 1968-ci tarixində oğlu Eldənizi dünyaya gətirir. Uşağa ananın soyadı verilir. Əhmədova Qəndab xanımın qızlıq soyadı Məmmədovdur. Beləliklə, doğulan körpənin doğum şəhadətnaməsində Eldəniz Məmmədov Famil oğlu yazılır. Qəndabın ailəsi bu uşağı qəbul etmir və atılır. Faciə də bundan sonra başlayır...

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR