Almaniyada bu il təşkil edilən "Miss Almaniya" gözəllik yarışında ilk dəfə yəhudi əsilli model yarışacaq.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Tamar Morali yəhudilərin böyük dəhşət yaşadığı ölkədə bu səviyyəyə gələ bilən ilk yəhudi modeldir.
"Jerusalem Post" qəzetinə verdiyi müsahibədə Morali "Bu yarışdakı namizədliyimi İsrail dövləti və yəhudilərin uğuru hesab edirəm. Yəhudi xalqıyla dəhşətli tarixi keçmişə sahib olan Almaniyada gözəllik şahzadəsi uğrunda ilk dəfə yəhudi model namizəd olur" deyib.
Qeyd edək ki, Almaniya gözəli bazar günü start götürəcək onlayn səsvermə zamanı müəyyənləşdiriləcək.
Gülşən
Şərhlər