Xəbər lenti

Yəməndə müharibənin ağırlığı uşaqların çiyinlərindədir
Dünya 15:18 13.06.2018

Yəməndə müharibənin ağırlığı uşaqların çiyinlərindədir

Yəmənin Sosial İşlər və Əmək naziri İbtihac Əl Kamal vətəndaş müharibəsinin davam etdiyi ölkərə uşaqların vəziyyəti barədə məlumat paylaşıb.

Qaynarinfo xəbər verir ki, Yəməndə 2 milyondan çox uşaq işçi olaraq çalışdırılır. 20 mindən çox azyaşlı Husilər tərəfdən vuruşur. 

Ölkədə 4,5 milyondan çox uşaq məktəbə gedə bilmir. 2372 məktəb qismən və ya tamamilə dağıdılıb, 1500-dən çox təhsil müəssisəsi həbsxana, qərargah kimi istifadə edilir. 

Qeyd edək ki, Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi davam edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->