Video 21:06 29.03.2019

Yeni avtomobillərdə sürət məhdudiyyəti olacaq (VİDEO)

Yol qəzalarından sonra ölüm və xəsarət hallarını minimuma endirmək üçün Avropa Komissiyası avtomobillərdə sürət məhdudlaşdırıcı texnologiyanın quraşdırılmasını nəzərdə tutan təkliflər hazırlayıb. Avropa Şurası təklifləri qəbul etsə o zaman Avropa İttifaqına daxil olan ölkələrdə aşağı sürətli avtomobillər istehsal ediləcək. Ölkəmizə avropadan xeyli avtomobilin idxal edildiyini nəzərə alsaq bizim yollarda da belə avtomobilləri bir neçə ildən sonra görə biləcəyik.

Bir neçə ildən sonra Avropa İttifaqi ölkələrində yeni avtomobillərdə sürət məhdudiyyəti sistemi tətbiq ediləcək.Avropa Komissiyasinin təsdiq etdiyi bu təkliflər Avropa Şurası və Avropa Parlamentinin təsdiqindən sonra qüvvəyə minəcək.

Avropa Komissiyasının məlumatında deyilir ki, hər il yol qəzalarında 25 min insan dünyasını dəyişir. Avropa Nəqliyyat Təhlükəsizliyi Şurası bu tədbirlər nəticəsində 2038-ci ilədək ağır xəsarətlə nəticələnən 140 min qəzanın qarşısının alınacağını bəyan edib.

Avropa İttifaqı ölkələrindən hər il ölkəmizə minlərlə avtomobilin idxal edildiyini nəzərə alsaq məsələ aktuallaşır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, sürətin məhdudlaşdırılması bir neçə formada həyata keçiriləcək

Ekspertin sözlərinə görə bu variant daha çox istifadədə olan avtomobillərdə sonradan quraşdırıla bilər. Amma qərarın qüvvəyən minməsindən sonra aşağı sürətli avtomobillərin istehsalı gündəmə gələ bilər

Ərşad Hüseynov deyir ki, qərarın qəbul olunacağı təqdirdə bir müddətdən sonra ölkəmizdə də aşağı sürətli avtomobillərə rast gəlmək mümkün olacaq

Avropa Şurası və Avropa Parlamentinin yeni sistemi təsdiq etməsi prosesinin bir neçə ay davam edəcəyi qeyd olunur. (Xəzər TV)