Yeni Delhidə təmiz hava satışa çıxarıldı

Yeni Delhidə təmiz hava satışa çıxarıldı

Hindistanın paytaxtı Yeni Delhidə təmiz hava satışa çıxarılıb.

Qaynarinfo xəbər verir ki, "Oxy Pure" şirkəti 299 Rupi (təxminən 7 AZN) qarşılığında 15 dəqiqə ərzində təmiz hava xidməti təklid edir. Xüsusi balonlarda istehsal və mühafizə edilən təmiz havanın insan orqanizminə böyük fayda verdiyi bildirilir. 

Paytaxtda hava çirkliliyi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib, məktəblərdə 5 milyon maska paylanıb. Yeni Delhidə çirklilik səviyyəsi Dünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilən normadan 20 qat çoxdur. 

Qeyd edək ki, təmiz hava daha əvvəl Çində də satışa çıxarılmışdı.

Gülşən

XƏBƏRLƏR
BLOGLAR