Xəbər lenti

Yeni dövlət katibi də ermənilərə atdı
Dünya 12:46 15.02.2013

Yeni dövlət katibi də ermənilərə atdı

ABŞ prezidenti Barak Obamanın ikinci prezidentliyi dövründə dövlət katibi seçilən Con Kerrinin 1915-ci il hadisələri ilə bağlı mövqeyini dəyişməsi erməni diasporunu narahat edib.

Qaynar.info-nun məlumatına görə, senator olduğu müddətdə erməni lobbisinə yaxınlığı ilə tanınan Kerri Obamanın komandasına daxil olandan sonra mövqeyini dəyişib.

Erməni lobbisinə yaxın senatorlardan olan Barbara Bokser və Robert Menendez Senatda dövlət katibliyi namizədliyinin təsdiqlənməsi üçün keçirilən sorğudan əvvəl Kerriyə 1915-ci il hadisələri ilə bağlı yazılı sullar vermişdilər. Kerri suallara, "ABŞ 1.5 milyon erməninin Osmanlı imperiyasının son günlərində qətliamlar nəticəsində öldüyünü qəbul etməkdədir. Prezident hər il aprelin 24-də qurbanların xatirəsini yad edir. Prezident 24 apreldəki çıxışında hədəfə çatmaq üçün türk və erməni xalqlarının keçmişdəki həqiqətləri qəbul etməsini söylədi. ABŞ Türkiyəni npomallaşdırma protokolları, sərhədin açılması, diplomatik münasibətlərin yenidən qurulması məsələsində Ermənistanla işləməsi üçün cəsarətləndirir" demişdi.

Amerika Erməni Milli Komitəsinin (ANCA) icraiyyə komitəsinin üzvü Seto Boyadciyan Kerrinin Konqresdə işlədikləri dövrdə 1915-ci il hadisələrini tanımaq sözü verən Barak Obama, Hillari Klinton, Co Bayden kimi mövqe dəyişdirdiyini deyib. Boyadciyan bu mövqe dəyişikliyinin ABŞ hökumətinə hakim olan qrup düşüncəsindən qaynaqlandığını söyləyib.

Boyadciyan ABŞ-ın önəmli müttəfiq kimi baxdıqları Türkiyə ilə münasibətlərini risqə atmamaq üçün erməni məsələsini unutduqlarını bildirib.

ANCA-nın rəhbəri Aram Hamparyan da "30 ildir erməni soyqırımının tanınması üçün ən gərgin çalışan Kerri də təəssüf ki, Ankaranın təzyiqi altında prezident Obamanın geri addım atma siyasətini həyata keçirdi" deyib.

Qaynar.info



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->