Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb.
"Report"un məlumatına görə, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu vəzifəsindən azad edilib.
Eyni zamanda, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.
Hələlik onların yerinə heç bir təyinat olmayıb.
Faktı "Report"a Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov təsdiqləyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.
Xatırladaq ki, son günlər mətbuatda Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc olunub.
Şərhlər