Dünən "Space” telekanalının 6 gün əvvəl təyin olunmuş yeni rəhbəri Ülviyyə Mikayılovanın qəfildən istefa verməsi ölkədə rezonans doğurub. Bu, kanalın işçiləri arasında da eyni reaksiyaya səbəb olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, təyin olunmuş yeni rəhbər heç də qeyd olunduğu kimi, kanalı maarifləndirici bir quruma çevirə bilməyəcəyi səbəbindən istefa verməyib.
Əksinə o, yeni işlərə, layihələr üzərində çalışmağa belə başlayıb. Yeni rəhbəri əslində qorxudan kanalın mühasibatlığı olub. O, mühasibatlığın hesabatları ilə tanış olduqdan sonra kanalın həddən artıq borcu olduğunu görüb. Televiziyanın həm yayım, həm də vergi, kredit məsələlərinə görə xeyli borcu yığılıb.
Kanaldakı mənbənin verdiyi digər məlumatda isə bildirilir ki, televiziyada lə işçilər var ki, 9-10 ayın maaşını ala bilməyib. Elə bu səbəbdən kanalı tərk edənlər də olub.
Borc sənədlərini görən Ülviyyə Mikayılova da bu qədər borcla bacara bilməyəcəyini səbəb gətirərək dərhal istefa verib.
Verilən məlumata görə, maaşların gecikməsinə səbəb, kanalın keçmiş rəhbəri Vaqif Mustafayevin israfçılığıdır. Hazırda 3 aydır ki, kanalda audit yoxlaması aparılır. Yoxlama zamanı bəlli olub ki, kanalda külli-miqdarda yeyintiyə yol verilib.
Mənbə bildirir ki, Ülviyyə xanımın təyinatı kollektiv arasında kanalda tezliklə hər şeyin düzəlməsinə ümid yaradıb. Ancaq xanım rəhbərin anidən istefa verməsi işçiləri də məyus edib. Hətta hazırda 70-80% işçi təcili özlərinə iş axtarmaqla məşğuldur.
Mənbə onu da qeyd edib ki, Vaqif Mustafayev istefaya getdikdən sonra kanalın rəhbərliyinin Kamil Şahverdiyeva veriləcəyi haqqında da xəbərlər dolaşırdı.
Çünki bütün ara məsəafələrində o kanalı idarə edib. Ülviyyə Mikayılovanın qəfil istefasından sonra da kanala müvəqqəti rəhbərlik K.Şahverdiyevə həvalə olunub.
Qaldırılan məsələylə bağlı Ülviyyə Mikayılovanın özündən soruşmaq istədik. Dəfələrlə zəng cəhdimizə baxmayaraq Ülviyyə xanım telefnumuzu qaldırmadı.
Şərhlər